Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Vilayət Eyvazov türkiyəli generalla görüşdü - Foto

Baxılıb: 541     Tarix: 20-07-2023 14:49   

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyə Jandarm Baş Komandanının müavini ordu generalı Ali Çardakçının başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Qanunvehedef.az xəbər verir ki, əvvəlcə Ali Çardakçı və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Şəhidlər xiyabanındakı “Əbədi məşəl” kompleksini və Türk Şəhidliyini ziyarət ediblər.
İyulun 20-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ordu generalı Ali Çardakçının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Baş Komandanlığı ilə münasibətlərin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Baş Komandanlığının böyük xidməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.
Ordu generalı Ali Çardakçı Azərbaycana səfərindən, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından, ölkəmizin dinamik, sürətli inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil bir quruma çevrilməsindən məmnun olduğunu bildirib. O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib.
Daxili Qoşunların Baş İdarəsində daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədovun ordu generalı Ali Çardakçının rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşü olub.
Səfər çərçivəsində dost və qardaş ölkənin nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində təlim-tədrisin təşkili, kursantlar üçün yaradılmış şərait, o cümlədən Bakı şəhərində yerləşən “N” saylı hərbi hissələrlə tanış olublar.

шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar