Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Sürücülərin narazılıq etdiyi svetaforlar ləğv edildi

Baxılıb: 603     Tarix: 24-07-2023 15:03   

Bakının cənub girişində - Neftçilər prospektindən “Dəniz Mall” istiqamətində hərəkətin tənzimlənməsi məqsədilə yerləşdirilmiş svetaforların yeri dəyişdirilib.
Qanunvehedef.az xəbər verir ki, ərazidə hərəkət axınının tənzimlənməsi yenidən təşkil edilib və bir sıra dəyişikliklər həyata keçirilib.
DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən saytımıza bildirilib ki, çoxsaylı müraciətlərdən sonra qeyd edilən ərazidəki piyada keçidlərinin yeri dəyişdirilib. Həmçinin hərəkəti tənzimləyən svetaforların yerinin dəyişdirilməsi ilə nəqliyyat axınının daha optimal idarə edilməsi təmin edilib.
***
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov bildirib ki, sürücülərin çoxsaylı müraciətindən sonra aidiyyəti dövlət qurumları ilə birgə ərazidə təhlillər aparılıb. Təhlillərin nəticəsi olaraq qeyd edilən ərazidə piyada keçidinin yerinin dəyişdirilməsi nəzərdə tutulu: “Həmçinin hərəkəti tənzimləyən svetoforların yerinin dəyişdirilməsi ilə nəqliyyat axınının daha optimal idarə edilməsi təmin ediləcək. Hazırda ərazidə işlər davam etdirilir. Görülən işlərdə məqsəd sürücü və piyadaların təhlükəsizliyini təmin etməkdir”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar