Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayıb

Baxılıb: 572     Tarix: 26-07-2023 11:26   

Bu gündən Azərbaycanda bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayıb.
"Report" xəbər verir ki, 40 və daha yüksək bal toplayan namizədlər iyulun 31-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Qeyd edək ki, 58 000-ə yaxın namizədin iştirak etdiyi test imtahanları 11-15 iyulda ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilib. Bu ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak ediblər.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar