Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

"İran bankının bağlanması nəzərdə tutulmur" - AMB-nin sədri

Baxılıb: 670     Tarix: 26-07-2023 12:59   
 
İran Milli Bankının Bakı filialının lisenziyasının ləğv edilməsi nəzərdə tutulmur.
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
"Filialda yoxlamalar aparılıb və bəzi nöqsanlar aşkar edilib. Bununla əlaqədar orada əməliyyatlar məhdudlaşdırılıb. İran bankının bağlanması planlaşdırılmır, çünki bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır, nöqsanlar aradan qaldırdıqdan sonra normal fəaliyyətini davam etdirə bilər. Yoxlama əsasən cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması ehtimalı, bu sahədə Azərbaycana qanunvericiliyin tətbiqi ilə bağlı olub", - deyə o qeyd edib.
Xatırladaq ki, Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır. Bu ilin may ayından filialın fəaliyyəti məhdudlaşdırılıb.




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar