Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

DİN qadın işçi axtarır

Baxılıb: 304     Tarix: 27-07-2023 10:31   

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Lənkəran “ASAN Xidmət” mərkəzi üzrə regional qrupda vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Qanunvehedef.az xəbər verir ki, müsabiqədə yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan qadın vətəndaşlar iştirak edə bilərlər.
Namizədlər Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilməmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verməlidirlər.  
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq, xarici dillərdən birini sərbəst bilən və kompüterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2023-cü il iyul ayının 28-dən avqust ayının 28-dək iş günləri saat 10:00-dan 17:00-dək Lənkəran rayonunun Göyşaban kəndində yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Cənub Bölgəsində Regional Şöbəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;
Əlavə məlumat almaq üçün əlaqə telefonu: (012) 590-64-41шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar