Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qarabağ erməniləri zəng edib Azərbaycan vətəndaşlığı almaq istəyirlər

Baxılıb: 549     Tarix: 02-08-2023 13:56   

“Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə yaxın müraciət daxil olub”. 
Qanunvehedef.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi”nin rəhbəri Dilarə Əfəndiyeva deyib.
Onun sözlərinə görə, Bakıya zəng edən ermənilər arasında Rusiya sülhməramlılarından şikayətlənənlər də olub. Belə ki, bəzi erməni sakinlər “Qaynar xətt”ə zəng edərək, rusiyalı hərbçilərin onlardan rüşvət aldığını bildiriblər.
Bundan əlavə, bir çox ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini deyiblər.
“Əvvəlki aylarda “Qaynar xətt”imizə 100-ə yaxın müraciət daxil olub. Ermənilər əsasən, Azərbaycan vətəndaşlığına keçməklə bağlı müraciət edirlər. Onlar soruşurlar ki, Azərbaycan vətəndaşlığına necə keçmək olar, vətəndaşlıq aldıqdan sonra onların hansı hüquqları təmin olunacaq. Bir də onlardan rüşvət istənilməsi barədə bizə müraciətlər edilib. Ermənilər Laçın yolundan keçmək üçün Rusiya sülhməramlılarının onlardan rüşvət istədiyini diqqətə çatdırıblar", - deyə Dilarə Əfəndiyeva vurğulayıb.
Qeyd edək ki, ötən il dekabrın 16-da Azərbaycanda Qarabağ erməniləri üçün “Qaynar xətt” yaradılıb. Belə təşəbbüslə Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi”nin rəhbəri Dilarə Əfəndiyeva çıxış edib. Qarabağ bölgəsindən “Qaynar xətt”ə müraciət edənlərin məxfiliyinə tam zəmanət verilib. шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar