Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İstanbul-Bakı reysi bu səbəbdən təxirə salındı

Baxılıb: 712     Tarix: 02-09-2023 11:29   

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin 1 sentyabr tarixində J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırılan reysin icrası texniki səbəbdən - təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq bu proses əlavə vaxt tələb edib.
Reysin bu gün günorta saatlarında yerinə yetirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu reyslərin sərnişinləri hoteldə yerləşdirilib və aviaşirkətin qaydalarına uyğun olaraq içki və qidalanma daxil olmaqla zəruri vasitələrlə təmin olunublar.
“Yaranmış narahatlığa görə üzr istəyir və gecikməni minimuma endirmək üçün tədbirlər görürük”, - məlumatda qeyd olunur.

Qanunvehedef.az



{sape_links}{sape_article}