Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək?

Baxılıb: 483     Tarix: 07-09-2023 14:08   

"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 10-u gündüzə qədər davam edəcək. Bununla əlaqədar dağ çaylarında sel təhlükəsi qalmaqdadır".
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
O bildirib ki, bu müddət ərzində Balakən-Şəki bölgəsi ərazisindən axan Talaçay, Şinçay, Şişçay, Kürmükçay, Əyriçay, Oğuz-Qəbələ bölgəsi ərazisindən axan Əlicançay, Türyançay, Göyçay, Dəmiraparançay, Dağlıq Şirvan bölgəsi ərazisindən axan Girdimançay, Pirsaatçay və Quba-Qusar bölgəsi ərazisindən axan Qaraçay, Vəlvələçay, Qudyalçay, eyni zamanda, Daşkəsən-Gədəbəy, Qazax-Gəncə bölgəsi ərazisindən axan Ərsikçay, Zəyəmçay, Gəncəçay, Kürəkçay, Gorançay, Qarabağ-Şərqi Zəngəzur bölgəsi ərazisindən axan Köndələnçay, Quruçay, Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay, Viləşçay, Təngərudçay, Bolqarçay, transsərhəd çay olan Qabırrıçayda sel gözlənilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar