Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunacaq - FOTO

Baxılıb: 664     Tarix: 12-09-2023 14:40   

Valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunacaq.
Qanunvehedef.az trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Sosial xidmət haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanuna təklif edilən dəyişikliyə əsasən, həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da ev alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaqlar.

Komitə sədri Musa Quliyev bildirib ki, həmin şəxslər 18 yaşına çatdıqdan sonra sosial xidmət müəssisələrindən çıxırdılar və ev alana qədər çox vaxt çətin vəziyyətdə olurdular, yəni kirayə haqqı verə bilmirdilər.
"İndi həmin şəxslər də çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq. Eyni zamanda, onları daha tez siyahıya salıb mənzillərlə təmin etmək mümkün olacaq", - deyə o əlavə edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar