Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Polis Azərbaycan Ordusu ilə bağlı "TikTok"da yalan məlumatlar yayan şəxsi saxlayıb

Baxılıb: 731     Tarix: 12-09-2023 14:51   

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı tədbirlər görür.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, davam etdirilən tədbirlərlə "TikTok" platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs - 1998-ci il təvəllüdlü Pərviz Vüqar oğlu İbrahimli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib. Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar