Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İlham Əliyev: "Biz dünya ictimaiyyətini münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq"

Baxılıb: 899     Tarix: 26-10-2020 12:35   

"90-cı illərin əvvəlində Azərbaycan haqqında dünyada elə də böyük təsəvvür yox idi".
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
"Ancaq bir çox ölkədə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada biliblər. Məhz buna görə torpaqlarımız işğal altına düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilmişdi və bu sanksiyalar bu günədək də qüvvədədir. Müstəqilliyimizin ilk mərhələsində Amerika konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib. Guya Azərbaycan Ermənistana qarşı təcavüz edir. Bu sanksiyalar bu günədək qüvvədədir, təsəvvür edin. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısına heç bir arqument gətirə bilməmişdi. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq. Bütün görülən işlər bu gün bizə köməklik göstərir. Artıq dünyada bu məsələ ilə bağlı da obyektiv fikir var, təsəvvür var", - ölkə başçısı vurğulayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar