Xəbər lenti
07/05/2026 [13:53]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Qonşusuna aid yarımtikilidə narkotik yetişdirən şəxs tutuldu

Baxılıb: 895     Tarix: 30-07-2020 11:25   

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini, 37 yaşlı, əvvəllər məhkum olunmuş Səbuhi Səmədovun qonşusu C.Əhmədova məxsus yaşayış olmayan yarımtikilinin içərisində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərməsi barədə məlumat daxil olub.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yarımtikilidən kultivasiya yolu ilə becərilmiş yaş halda ümumi çəkisi 5 kq olan 10 ədəd çətənə kolu açkar olunaraq götürülüb.
Götürülən maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Qanunvehedef.az



{sape_links}{sape_article}