Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ankara: Heç bir dövlət əmr verə bilməz

Baxılıb: 841     Tarix: 28-07-2020 15:20   

Heç bir dövlət Türkiyə məhkəmələrində aparılan işlərlə bağlı əmr verə bilməz.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ-ın Osman Kavala ilə bağlı çağırışına cavab olaraq deyib.
O bildirib ki, ABŞ Dövlət Departamentinin Osman Kavalanın həbsinin sonlandırılması ilə bağlı çağırışı qanunun aliliyinə ziddir:
“Osman Kavala ilə əlaqədar məhkəmə prosesi davam edir. Müstəqil məhkəmələr tərəfindən həyata keçirilən bu prosesə hər kəs hörmətlə yanaşmalıdır. FETÖ liderinin Türkiyəyə qaytarılmasına gəldikdə hüquqi prosesi bəhanə göstərənlərin ölkəmizdə davam edən məhkəmə prosesinə müdaxiləsi ziddiyyət təşkil edir. Türkiyə hüquqi dövlətdir. Heç bir dövlət Türkiyə məhkəmələrində aparılan işlərlə bağlı əmr verə bilməz”.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti 15 İyul hadisələrində ittiham olunan Osman Kavalanın azadlığa buraxılması ilə bağlı çağırış edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar