Xəbər lenti
20/11/2024 [13:08]
Sabah hava necə olacaq?
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dr. Əli Ələkbərov — təcrübəli neyrocərrah, tibb üzrə fəlsəfə doktoru, 7 elmi işin müəllifi

Baxılıb: 4 192     Tarix: 20-05-2020 11:45   

“Xəstəlikdən əziyyət çəkən insanları sağlam həyata qaytarmaq həkim üçün böyük məsuliyyətdir. Təyin etdiyim dəqiq diaqnoz peşəmə sevgimi daha da artırır. Sanki, ruhən dincəlirəm”.
Dr. Əli Ələkbərov


Bu kəlmələr, peşəkar bir həkimin daxili aləmindən süzülüb gələn, süzüldükcə paklanan , şəffaflanan, ömür dünyasına işıq saçan, illərin təcrübəsinə söykənən bir həkimin ürək sözləridir.
Həkim dedikdə ilk öncə sadə, səmimi, qayğıkeş, incə qəlbli, savadlı, bacarıqlı bir şəxs xəyalımızda canlanır. O şəxs ki, hər zaman öz savadını, biliyini-bacarığını xəstələrdən əsirgəmir. İnsanın sağalmasında, onun həyata qaytarılmasında həkim əməyi böyük rol oynayır. Hərdən mənə elə gəlir ki, xəstələrin sağalması, onların ailə və cəmiyyət üçün gərəkli insan kimi öz həyatlarına davam etməsi naminə ömrünü şam kimi əridən, sadə və səmimi, peşəkar həkimlərdən, onların fəaliyyətindən az yazılır. Demək olar ki, bu peşə sahiblərinin işi hər cür tərifə layiqdir. Neçə-neçə ən ağır əməliyyatların ağırlığını çəkinmədən çiyninə götürən, tibb sahəsində dəyərli elmi tədqiqatları ilə öz sözünü deyən, yüzlərlə insanların həyat eşqini özünə qaytaran, onlara sağlam həyat bəxş edən, bilikli və bacarıqlı həkim kimi xəstələrinin sevimlisinə çevrilən Mərkəzi Klinikanın savadlı həkim- Neyrocərrahı, tibb üzrə fəlsəfə doktoru Dr. Əli Ələkbərov Azərbaycan səhiyyəsini şərəflə qoruyur.

Dr.Ələkbərovun qısa həyat tarixçəsi:
İş təcrübəsi:
· 1980—1984 illər — Dağlıq Qarabağ Muxtar vilayəti — Cərrah-həkim;
· 1984—1988 illər — Sabunçu rayonu— Cərrah;
· 1990—2000 illər — Neyrocərrahlıq xəstəxanası— Cərrah-həkim;
· 2001 ildən — hal-hazırda — Mərkəzi Klinika — Neyrocərrah.
Təhsil
· Azərbaycan Tibb Universiteti, Müalicә Profilaktika Fakültәsi (1973—1979 illər);
· İnternatura, Cərrahiyyə ixtisası üzrə, Həkim-İnterna (1979—1980 illər);
· Odinatura, Cərrahiyyə ixtisası üzrə, Həkim-Ordinator (1988—1990 illər).
Kurslar
· Ankara Nümunə xəstəxanasında və Gülhanə hərbi tibb akademiyası, İxtisasartırma kursları (Türkiyə, 2000 il).
İcra edilən prosedurlar
· konsultasiyalı qəbul;
· anamnezin baxışı və öyrənilməsi;
· müalicənin individual planının tərtibi.

Əli həkimin fikrincə hər bir insan özünün peşəsinin sağlam ruhlu, döyüşkən və vicdanlı əsgəri olmalıdır. Dr. Ələkbərova üz tutan hər bir pasiyent onun yanından xoş əhval – ruhiyə ilə geri dönür.


-Dr.Ələkbərov bir sıra Beynəlxalq elmi konfranslarda simpozium və seminarlarda ölkəmizi yüksək səviyyədə təmsil etmişdir. 7 elm işin müəllifidir. Mütəxəssis onurğa və onurğa beyninin müalicəsində az invaziv müdaxilələri həyata keçirir. Baş və beyin zədələri və ağrıları üzrə konsultasiyalar keçirdir.
-Bəzən olur ki, cüzi problemlə hansısa həkimin qəbuluna gedən xəstə elə bir münasibətlə qarşılaşır ki, hətta özü öz həyatından bezir. Əli həkimi isə fərqləndirən onun mənəvi cəhətdən varlı olmasıdır. Bu varlılıq, bu sərvət insani keyfiyyətlərlə zəngin insanlara məxsusdur və xoşbəxtdir o kəs ki, onun haqqında: – Əsl bir insandır! – ifadələri səslənir. Dr. Əli Ələkbərov məhz belə bir insani dəyərlər sahibi olduğu üçün ona üz tutanların ardı arası kəsilmir. Əlbət ki, müsbət nəticələr artdıqca, həkimə inam da artır. Və insanlar ümidlə o həkimə müraciət erdirlər.Əli Ələkbərovun elmi kitabları ölkəmizdə və xarici dövlətlərdə öz tohvəsini vermiş və oxucular tərəfindən alqışlarla qarşılanmışdır. Həkimin uğurlu fəaliyyəti və nailiyyətləri qarşısında xalqımız adından ona təşəkkürümüzü bildirərək deyirik:

Xəstələr minnətdarlıq eləyirlər hər zaman
Sizi bəxş edib bizə Yurdumuz Azərbaycan
Xalqımız hər an deyir, Əli həkim var olsun
Əzizləriylə birgə xoşbəxt, bəxtiyar olsun.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar