Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Xəbərdarlıqlara məhəl qoymayaraq xüsusi karantin rejimini pozanlar cərimələnib

Baxılıb: 687     Tarix: 01-04-2020 16:16   

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir. Xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən vətəndaşlarla profilaktik söhbətlər aparılır. Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə edilirlər.
Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə virusun ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.

Qanunvehedef.azшаблоны для dle 11.2