Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bu regionlarda sərnişin sıxlığı davam edir - Rəsmi

Baxılıb: 827     Tarix: 03-04-2020 16:25   
 

Regionlarda gücləndirilmiş karantin rejiminə baxmayaraq hələ də sərnişin sıxlığı müşahidə edilir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova qeyd edib.
O bildirib ki, regionlarımız üzrə Operativ Qərargahın izolyasiya tədbirlərinin gücləndirilməsinə dair müvafiq tələblərinin vətəndaşlar tərəfindən icrasında bu günə olan statistik mənzərə ürəkaçan deyil:
"Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Salyan, Tovuz, Qazax və Bərdə üzrə şəhərdaxili və rayondaxili sərnişin sıxlığı hələ də müşahidə edilməkdədir.
Sıxlığın 95-100 faiz azaldığı bölgələrimiz: Lerik, Yardımlı, Siyəzən, Qax, Zaqatala, Balakən, Quba, Qəbələ, İsmayıllı, Qobustan, Xızı, Sabirabad, İmişli, Cəlilabad, Biləsuvar, Xaçmaz, Siyəzən, Ağdam və Hacıqabuldur".шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar