Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xüsusi karantin rejimini pozan doqquz nəfər həbs edildi, 5062 şəxs cərimə olundu

Baxılıb: 980     Tarix: 04-04-2020 14:16   

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 3-dən 4-dək karantin rejimini pozan 11 nəfər, o cümlədən, Bakı şəhərində üç iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.
Həmin obyekt sahiblərinin hər biri inzibati qaydada cərimə edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən, ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə, ümumilikdə, 5062 nəfər olmaqla, onlardan Bakı şəhəri üzrə 3718 şəxsə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib.
Doqquz şəxs isə inzibati qaydada həbs olunub.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar