Ağstafada sakinlər etiraz etdi - Nazirlikdən reaksiya
Baxılıb: 703 Tarix: 06-04-2020 21:09
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Ağstafa rayon şöbəsinin qarşısına bir qrup şəxs toplaşaraq, şöbənin direktoru Meydanalı Mansurovun vətəndaşları qəbul etməməsindən şikayətləniblər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Feysbukda "Poylu-Ağstafa" adlı səhifə məlumat paylaşıb. İddia edilib ki, M.Mansurov vətəndaşların şikayəti ilə maraqlanmır.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, idarə karantin rejimi ilə əlaqədar vətəndaş qəbulunu dayandırıb:
"Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
İşsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə heç bir ehtiyac yoxdur. Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir.
Eyni zamanda, işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır. Belə ki, işsiz şəxs qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir".
Nazirlik onu da bildirib ki, birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi və şəxsin ailə gəlirləri də nəzərə alınacaq.

Ən çox oxunanlar
Son xəbərlər