Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda əhaliyə pulsuz maskalar paylanılır

Baxılıb: 694     Tarix: 06-04-2020 21:11   
Koronavirus (COVİD-19) pandemiyasının sürətlə yayılmasını nəzərə alaraq infeksiyaya qarşı genişmiqyaslı mübarizə tədbirləriİə dəstək verilməsi, sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Evdə qal!” kampaniyası çərçivəsində fəaliyyətini davam etdirir.
Qanunvehedef.az xəbər verir ki, əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşəbbüsü ilə əhalinin tibbi maskalarla təmin edilməsi məqsədilə mərkəzlərin könüllüləri və ictimai əsaslarla komitə əməkdaşları tərəfindən tibbi maskalar hazırlanıb. Tikilən 1000-ə yaxın maska sterilizə edilərək bir qismi bu günlərdə Zaqatala, Goranboy və Şüvəlanda ehtiyacı olan ailələr arasında, eləcə də apteklərə təmənnasız paylanılıb. Tibbi maskaların qalan hissəsinin növbəti günlərdə digər bölgələrdə də vətəndaşların istifadəsinə təqdim edilməsi nəzərdə tutulur.
Eyni zamanda, “Evdə qal!” aksiyası çərçivəsində Göygöl, Zaqatala, İsmayıllı, Qəbələ, Sabirabad və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqları onlayn və zəng vasitəsilə 67-i uşaq, 24-ü isə ahıl olmaqla 193 nəfərə psixoloji yardım göstərib. Peşəkar mütəxəssislər tərəfindən konsultasiya edilən müraciətlər əsasən emosional gərginlik, tənhalıqdan qorxma, panik atak keçirmə, uşaqların davranış pozuntuları, adaptasiyası və s. məsələlərlə bağlı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz bir yerdə güclüyük!” çağırışına cavab olaraq başladılan sosial aksiya davam etdiriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər kəsi karantin şərtlərinə və gigiyenik qaydalara riayət etməklə evdə qalmağa, tibbi maska və spirtlərdən istifadə etməyə, əlləri müntəzəm şəkildə sabunla yumağa dəvət edərək bu infeksiyaya birlikdə qalib gəlməyə çağırır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər