Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Keçmiş icra başçısının qohumu sərxoş vəziyyətdə qəza törətdi - Ölənlər və yaralananlar var

Baxılıb: 762     Tarix: 11-04-2020 09:36   

Şabranda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
Qəzada rayon sakinləri Zəkiyev Vüsal Rövşən oğlu, Babayev Elnur Azad oğlu və Babayev Cəlal Azad oğlu ölüb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Qaraqaşlı kəndində qeydə alınan qəza zamanı digər rayon sakinləri - İsmayıl Zəkiyev,  Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu  Əzməmmədov Ramin Oqtay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (1995-2007) Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.
Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar