Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kürdəmirdə karantini pozanlar saxlanıldı

Baxılıb: 1 033     Tarix: 12-04-2020 15:56   

Kürdəmir rayonunda karantin rejimini pozan şəxslərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.
Qanunvehedef.az xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimini kobud şəkildə pozaraq rayona daxil olmaq istəyən Yevlax rayon sakinlərini saxlayıb.
Belə ki, polis əməkdaşları yas yerinə getmək bəhanəsi ilə Kürdəmir rayonuna daxil olmaq istəyən Yevlax rayon sakinləri, 1968-ci il təvəllüdlü Hacıyev Allahverdi Cəlal oğlunu və 1978-ci il təvəllüdlü Cabbarov Tofiq Tapdıq oğlunu saxlayıblar.
Yoxlama zamanı məlum olub ki, saxlanılanlardan biri Allahverdi Hacıyev “8103” qaynar xəttinə mesaj göndərərək yaxınlarının yas yerinə getməsi ilə bağlı icazə alıb. Lakin, polis şöbəsinin əməkdaşları ilə söhbət zamanı həmin şəxsin heç də yas yerinə getmədiyi məlum olub.
Onun həmyerlisi, Tofiq Cabbarov isə özünü su idarəsinin işçisi kimi təqdim edərək icazəsiz rayon ərazisinə girmək istəyib.
Hər iki şəxs saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq olunub. İlkin dindirilmə zamanı onlar karantin rejimini bilərəkdən pozduqlarını etiraf ediblər.
Hazırda Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar