Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Deputatlar maaşlarının azalmasına razıdırlarmı?

Baxılıb: 1 018     Tarix: 14-04-2020 15:56   

Yaponiya parlamentinin deputatları koronavirus səbəbindən gəlirləri azalan vətəndaşlarla həmrəylik üçün öz maaşlarını 1 il müddətində 20 faiz azaltmaq barədə razılığa gəliblər. Maraqlıdır, bəs Azərbaycanda deputatlar 2 aylıq maaşlarının 20 faizindən büdcənin xeyrinə imtina edə bilərlərmi?
Qanunvehedef.az məsələ ilə bağlı Milli Məclisin deputatları arasında keçirdiyi sorğunu təqdim edir.
Aydın Mirzəzadə:
Hesab edirəm ki, bu mürəkkəb dövrdə deputatların maaşı azaldıla bilər. Mən bu təklifi dəstəkləyirəm və seçicilərimizə dəstəyin tərəfdarıyam.
Azər Badamov:
Azərbaycan müstəqil ölkədir və bütün qərarlar da müstəqil qəbul olunur. Hansısa ölkənin parlamenti hər hansı bir addım atırsa, biz mütləq şəkildə onu təkrar etməməliyik. Azərbaycan deputatları əmək haqqının 50 faizinə qədərini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər və ehtiyac yarandığı halda yenə ianələr etməyə hazırdırlar.
Hikmət Babaoğlu:
Bizim millət vəkilləri onsuz da sosial yardımlaşma kampaniyasında fəal iştirak edirlər. Koronavirusla Mübarizəyə Dəstək Fonduna maaşlarının bir hissəsini köçürüblər. Üstəlik, öz seçki dairələri üzrə də vaxtaşırı aztəminatlı ailələrə ərzaq və digər gündəlik istehlak malları vasitələrilə yardım edirlər. Nəzərə almaq lazımdır ki, bütün bunlar cəmiyyətimizdə yüksək qiymətləndirilir və təqdirlə qarşılanır. Düşünürəm ki, bunlar bizim millət vəkilləri tərəfindən yaradılan və başqa ölkələrə örnək ola biləcək yaxşı təcrübədir. Bununla belə, mən yenə də istənilən xeyirxah təşəbbüsə qoşulmağa hazıram.
Ceyhun Məmmədov:
Bildiyiniz kimi, Azərbaycan hökuməti virusun yayılması səbəbindən yaranan problemlərin aradan qaldırılması üçün ilk gündən operativ və adekvat qərarlar qəbul etdi. Cənab Prezidentin bir neçə mühüm sərəncamı oldu, ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva maaşlarını bu fonda ianə etdilər. Milli Məclisin bütün deputatları da bu təşəbbüsə qoşularaq könüllü surətdə öz maaşlarından müxtəlif məbləğlərdə ianələr etdilər. Bu gün də onlar xalqla birlik və həmrəylik nümayiş etdirərək, müxtəlif aksiyalar çərçivəsində dəstəklərini davam etdirirlər. Hesab edirəm ki, ölkə rəhbərliyi dövlətimizin bu prosesdən minimum itki ilə çıxması üçün gərəkən bütün addımları atır. Deputatlarımız da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir və gələcəkdə də yetirəcəklər.

Qanunvehedef.azшаблоны для dle 11.2