Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dərslər 15 sentyabra kimi təxirə salınır? – Rəsmi cavab

Baxılıb: 897     Tarix: 16-04-2020 12:55   

Bu gün sosial şəbəkələrdə guya Təhsil Nazirliyinə istinadən dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yalandır.
Bu sözləri açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. O bildirib ki, bu tip xəbərlərin əsası yoxdur və dezinformasiyadır:
“Vətəndaşları bu və bu kimi xəbərlərə əhəmiyyət verməməyə səsləyirik. Təhsil məsələləri ilə bağlı bütün yeni xəbərlər Təhsil Nazirliyinin rəsmi səhifəsində yerləşdirilir. Dərslərin nə vaxt açılması ilə bağlı yekun bir tarix məlum deyil. Bu barədə yekun qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə Təhsil Nazirliyinin adından “koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təmin olunması məqsədilə” bütün təhsil müəssisələrində dərslərin 15 sentyabr 2020-ci il tarixinədək dayandırıldığı barədə məlumat yayılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar