Xəbər lenti
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Virusa yoluxanların 20%-i bu ölkədən gəlib

Baxılıb: 913     Tarix: 16-04-2020 17:11   

Azərbaycanda qeydə alınan pozitiv koronavirus faktlarının 20%-i Rusiyadan gəlmədir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev Samur keçid məntəqəsində toplaşan azərbaycanlıların sosial mediada yayılan görüntülərinin qəbuledilməz olduğunu bildirib:
"Rusiyada müvəqqəti əsasda yaşayan vətəndaşlarımızın ölkəyə gətirilməsi və geri qaytarılmasını növbəli şəkildə həyata keçirmək üçün portal yaradılıb. Bu portalın adı "Evə gedirəm"dir. Rusiyada yaşayan vətəndaşlarımız bu portaldan qeydiyyatdan keçməlidir. Portal avtomatik olaraq onları sıralayacaq və Azərbaycandakı vəziyyət nəzərə alınaraq onlar ölkəmizə gətiriləcəklər. Portal yaxın günlərdə fəaliyyətə başlayacaq və 5 gün ardıcıl işləyəcək. Daha sonra işinə fasilə veriləcək və informasiya emal olunacaq. 550-yə yaxın Azərbaycan vətəndaşının Rusiyadakı rəsmi qurumlarımıza müraciəti qeydə alınıb. Həmin müraciətlər də onlayn portala yerləşdiriləcək. Rusiyada yaşayan vətəndaşlarımızın fərdi şəkildə sərhəd-keçid məntəqələrinə gəlməsinə ehtiyac yoxdur. Onların növbəlilik prinsipilə vətənə qayıtması təmin olunacaq".шаблоны для dle 11.2