EV MUZEYİNİN AÇILMAĞINA KİMLƏR MANE OLUR?
Baxılıb: 584 Tarix: 16-04-2020 18:20
(Ev Muzeyi və Açıq Havada Muzeyi və Tarixi Abidələrin bərpası və muhafizəsi barədə müraciət:)
Cəmiyyətə fayda gətirən xeyirxah insanlar həmişə xalq tərəfindən sevilmiş və hörmət göstərilmişdir. İşi və əməlləri ilə həyata məna gətirən, elinin-obasının sevimlisinə çevrilən o qədər insanlar var ki. Belələri həm sağlıqlarında, həmdə dünyalarını dəyişdikdən sonrada yaddan çıxmır, xatirələrdə, yaddaşlarda heykələ çevrilib yaşayırlar.
Başqalarına maddi və mənəvi dayaq durmaq, ehtiyacı olanlara kömək etmək, yıxılanı ayağa qaldırmaq yaxşı və xeyirxah adamların işidir.
Sonabəyim Ağadadaş qızı Atamalıyeva da belə gözəl insanlardan biri idi. Sağlığında hamı ona xanım Həzrət Sonabəyim,- deyə müraciət edərdilər. 2001-ci ildə dünyasını dəyişən xanım Sonabəyim 7 övlad böyütmüşdür. Onlara düzgün tərbiyə vermiş, cəmiyyət üçün xeyirli adam olmalarına çalışmışdır. Qonum-qonşuya, tanış-bilişə həmişə diqqət göstərmiş, ehtiyaclarını ödəməyə çalışmışdır. Elə buna görə də yaşadığı Şirvan şəhərində onu hörmətlə yad edirlər.
Xanım Həzrət Sonabəyim (əleyhissəlam) xeyirxah qadın idi, mərhəmət, yaxşılıq, başqalarının dərdinə şərik olmaq onun əsas həyat amalı idi. Ürəyi insanlara sevgi ilə dolu idi. Sonabəyim xanım işi, əməlləri, xasiyyəti, xoş rəftarı, mehribanlığı ilə onu tanıyanların qəlbində silinməz izlər qoyub getdi.
2000-ci ildə onun yaşadığı 2 mərtəbəli fərdi ev və bütün həyət, bağ, mülk, əmlak büsbütün hamısı övladlarının razılığı ilə oğlu Telman Atamoğlan oğlu Atamalıyevə bağışlanmışdır. 4 bacısı yazılı şəkildə buna razılıq vermişdir.Telman Atamalıyev anası üçün ev muzeyinin təşkili ilə əlaqədar işə başlayır. EV MUZEYİ və AÇIQ HAVADA MUZEYİ və TARİXİ ABİDƏLƏRİNİN
təsisi və təşkili üçün o Respublika Ədliyyə Nazirliyinə 2 dekabr 2002-ci ildə 58 №-li məktubla, 30.03.2004-ci ildə 772 №-li məktubla, 27.09.2004-ci ildə 421 №-li məktubla lazımı sənədlərlə birlikdə müraciət etmişdir.
--- Xatırladaq ki, qanunçuluğa əsasən qeydiyyat üçün Ədliyyə Nazirliyinə sənədlərlə birgə müraciəti çatmış şəxsə Ədliyyə Nazirliyindən cavab gəlsədə-gəlməsədə müraciəti çatmış şəxs qeydiyyata alınan şəxslərin hüquqları və səlahiyyətləri qədər hüquqlara və səlahiyyətlərə malikdir.--- Qanunçuluğa əsasən; bu hüquq və səlahiyyətlər hələ 2001-2002-ci illərdə Telman Atamalıyev üçün də yaranmışdır.
Ədliyyə Nazirliyi Məhkəmə nəzarətçiləri və İcraçıları İdarəsinin rəisi C.M.Muradovun imzası ilə 13.10.2000-ci ildə 4/2034 N-li və 06.12.2000-ci il tarixli məktubla ərizəçiyə cavab verilmişdir. Bundan əlavə rəis müavini A.G.Cavadovun 3 may 2000-ci il tarixli 17/15-854 №-li və 13.07.2000-ci il 17/15-1375 №-li məktubları tədbir görülmək üçün Şirvan şəhər Məhkəməsinə göndərilib. Ölkə Prezidenti,Mədəniyyət Nazirliyinə, Ekologiya Nazirliyinə, Mili Elmlər Akademiyasına, Torpaq və Xətt çəkmə Komitəsinə bu dörd qrumlara
MUZEYLƏR və TARİXİ
ABİDƏLƏRLƏ --- ehtiyyaclarının təmin olunması işi ilə ---məşğul olmağ üçün sərəncam vermişdir.Həmin vaxtda yuxarıdakı 4 qrumlarada digər yuxarı rəhbər orqanlara EV MUZEYİ və AÇIQ HAVADA MUZEYİ və TARİXİ ABİDƏLƏRİNİN ehtiyaclarının təmin olunmağı üçün sənədlərlə birgə müraciətlər daxil olmuşdur.
Prezident aparatından, Milli Məclisdən, Nazirlər Kabinetindən,Nazirliklərdən və Baş idarələrdən, Şirvan şəhər yerli rəhbər orqanlara, həmçinin məhkəmə, prokrorluq,hüquq mühafizə orqanlarına valideyinlərinin yazılı müraciətləri sənədlərlə birgə göndərilmişdir. Birini qeyd edə bilərik ki, Konstitusiya Məhkəməsindən 30 avqust 2002-ci il tarixli 15-S-954 nömrəli məktubla valideyinləırinin öz xəttilə yazdıqları ərizələri sənədlərlə birgə tədbir görülməyi üçün Şirvan şəhər İcra Hakimiyyətinə göndərilmişdir.
Ev muzeyinin təşkili və lazımı şərait yaradılması üçün Telman Atamalıyevə kömək göstərilməlidir. Dəfələrlə müraciətə baxmayaraq bu iş özünün müsbət həllini tapmayır. Ölkə Başçısına, Baş Prokrura edilən müraciətlər işin həlli üçün köməklik göstərilməsinə şərait yaradır.
T.Atamalıyevin anası üçün ev muzeyi təşkil etməsi ilə ilgili dövri mətbuat səhifələrində də yazılar getmişdir. "İnsan hüquqları" qəzetinin 25.04.2003-cü il tarixli nömrəsində, "Korrupsiya və qanun" qəzetinin 21 sentyabr, 5 oktyabr 2018-ci il nömrələrində bu barədə məqalələr dərc olunmuşdur.
Ümüd edirik ki, Telman Atamalıyev son nəticədə öz məqsədinə çatacaq və təsis etdiyi anasının ev muzeyini aça biləcək əlaqədar təşkilatlar da bu işdə --- ev muzeyi və açıq havada muzeyləri və tarixi abidələrinin bərpası və mühafizəsi sahəsindəki işdə ---ona köməklik göstərəcəklər.
Bu işə mane olanlar isə cəzalanacaq.
Q.Həsənli
Ən çox oxunanlar
Son xəbərlər