Leyla Əliyevanın təşəbbüsü ilə mərkəzə dərman verildi
Baxılıb: 664 Tarix: 21-04-2020 11:24

Qanunvehedef.az xəbər verir ki, təqdim olunmuş dərman preparatları “Cırtdan” adlı ailəvi meqaşoudan əldə edilən gəlir hesabına alınıb. “Biz birlikdə güclüyük!” şüarı altında təqdim edilən yardım xüsusi karantin rejiminin tətbiq olunduğu vaxtda dövlət səviyyəsində həyata keçirilən tədbirləri dəstəkləmək məqsədi daşıyır.
Son illər ərzində Azərbaycanda xəstə və yardıma ehtiyacı olanlara, xüsusilə də uşaqlara qayğı və diqqəti ilə seçilən Leyla Əliyeva tərəfindən bu insanlara ardıcıl olaraq müxtəlif şəkildə yardım və dəstək göstərilib, onun təşəbbüsü ilə “Cırtdan” meqaşoudan əldə edilən gəlirlər xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığının bərpa və təmin olunmasına yönləndirilir.
Qeyd edək ki, keçən il sözügedən layihə çərçivəsində Talassemiya Mərkəzinə maliyyə yardımı, Milli Onkologiya Mərkəzinin uşaq şöbəsinə dərman preparatları, müxtəlif oyuncaq və digər hədiyyələr təqdim edilib.
Ən çox oxunanlar

Son xəbərlər
