Xəbər lenti
22/12/2025 [14:56]
Yusif Güney saxlanıldı
22/12/2025 [12:30]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bakıda məşhur zavod sökülür - Foto

Baxılıb: 680     Tarix: 21-04-2020 14:22   
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən Bakının məşhur “Azon” zavodu sökülür.
Qanunvehedef.az xəbər verir ki, 1974-cü ildə "Mikrosхеmotехnika" Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılmış “Azon” zavodunun ərazisində bir müddətdir ki, söküntü işləri aparılır. Bu məqsədlə əraziyə çox sayda texnika, traktor, yük maşınları cəlb edilib.
Hələlik zavodun ərazisində söküntüdən sonra hansı işlərin aparılacağı məlum deyil.
Qeyd edək ki, "Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.
Xatırladaq ki, "Azon" zavodu 1974-cü ildə "Mikrosхеmotехnika" Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib. 1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub. 2006-cı ilin sentyabr ayından isə "Azon" zavodu Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir.
Böyük bir ərazini əhatə edən zavorun müəyyən hissələri zamanla satılıb və müəyyən məqsədlər üçün istifadə edilir. Belə ki, zavodun bir hissəsində hazırda Delta Telekom və İctimai Televiziya fəaliyyət göstərir. Həmçinin zavodun bir hissəsində də hündürmərtəbəli bina inşa edilib.



{sape_links}{sape_article}