Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mənsimovun səhhəti ağırlaşdı: yeriyə bilmir... - Video

Baxılıb: 845     Tarix: 29-04-2020 09:23   

Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı milyarder, hazırda Türkiyədə cəzaçəkmə evində olan Mübariz Mənsimovun səhhəti ağırlaşıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva yayıb.
Onun sözlərinə görə, Mübariz Mənsimov həbsindən öncə ağır əməliyyat keçirdiyi üçün həbsxanada olduğu müddətdə yarası iltihablanıb. Həmçinin bədənində şişlər, qaraciyərində problemlər yaranıb.
"Əməliyyatdan sonra həkim nəzarətində qalmalı olduğu halda həbsxanada immun sistemi çox zəifləyib. Koronavirusun sürətlə yayılması səbəbilə orqanizmi infeksiyaya açıq olan Mənsimovun həyati təhlükəsi var.
Bədəni çox yorulduğu üçün gəzməkdə belə çətinlik çəkir. Bütün qanuni təşəbbüslərə və tələblərə baxmayaraq, Mübariz Mənsimov hələ də xəstəxanaya göndərilməyib və yoxlanışlardan keçirilməyib. Özünü heç bir halda təmin edə bilmədiyi və həyati təhlükəsi olduğu üçün Silivri Həbsxanasının ağır şəraitində qalması mümkün deyil. Keçirdiyi əməliyyatlar, həkim nəzarətində qalmağına dair bütün tibbi arayışlar mövcud olsa da, hətta bu hesabatlar lazımi orqanlara təqdim edilsə də, Mənsimov hələ də xəstəxanaya yerləşdirilmir. Mübariz Mənsimovun hazırkı vəziyyəti ilə bağlı həbsinin ev həbsinə çevrilməsi lazımdır”, - F.Quliyeva qeyd edib.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar