Xəbər lenti
22/12/2025 [14:56]
Yusif Güney saxlanıldı
22/12/2025 [12:30]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Sabahın hava proqnozu

Baxılıb: 927     Tarix: 29-04-2020 13:32   
Aprelin 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında zəif duman olacaq.
ETSN Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 10-13° isti, gündüz 16-19° isti, Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq.
Tibbi-meteoroloji proqnoz:
Aprelin 30-u, mayın 01-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir.
Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz  20-25° isti,
dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacaq.
 



{sape_links}{sape_article}