4 icra başçısı getdi: Növbədə kimdir? - Video
Baxılıb: 932 Tarix: 30-04-2020 15:36
Ötən gün Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat bir daha DTX-nın fəaliyyətini gündəmə gətirib.
Qanunvehedef.az Axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə və ümumilikdə ictimai rəydə Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti yüksək qiymətləndirilir. Belə ki, Eldar Mahmudovun rəhbərliyi dövründə korrupsiyaya bulaşan və reketliklə məşğul olan qurumda aparılan kardinal islahatlar qısa müddətdə bəhrəsini verib. Əgər Mədət Quliyevin rəhbərliyi dövründə bu qurum daxildən təmizlənmiş və dövlət təhlükəsizliyi üçün xüsusi bir neçə əməliyyatlarla DTX-nın imici özünə qayıtmışdısa, MTN-nin ən təcrübəli və peşəkar kadrı sayılan Əli Nağıyevin rəhbərliyi ilə qurum fəaliyyət istiqamətini daha da genişləndirib.
Hazırda yüksək vəzifəli şəxslərin korrupsiya və rüşvət əməllərinə görə həbsini DTX-nın həyata keçirməsi isə dövlətin siyasi iradəsi və baxışı kimi qiymətləndirilir. Yəni korrupsiya dövlətin təhlükəsizliyinə təhdid olaraq qiymətləndirilir və ona görə də bu əməliyyatları DTX aparır.
DTX-nın yüksək peşəkarlıqla həyata keçirdiyi bu əməliyyatlara bütövlükdə ictimai dəstək isə quruma olan inamın təzahürüdür.
Bir daha xatırladaq ki, son 5 ay ərzində ölkə üzrə 4 icra başçısı keçirilən xüsusi əməliyyatlarla saxlanılıb.
Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla elə icra hakimiyyətinin binasında saxlanılan ilk icra başçısı Nizaməddin Quliyev olub. Müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr olduğu üçün ötən ilin dekabrında saxanılan icra başçısı barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçilib. Sözügedən əməliyyat zamanı icra başçısının birinci müavini Ramiz Tatarov da saxlanılıb və onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bu əməliyyatla həmçinin 2019-cu ilin noyabrına qədər Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Qoca Səmədov da saxlanılmışdı.
2020-ci ilin fevralında isə Dövlət Təhlükəsizlik Xidməti Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində azı 6 nəfəri şübhəli şəxs qismində saxlamışdı. Saxlanılan şəxslər Rayon İcra Hakimiyyəti başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, eləcə də Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov olub.
Dünən isə Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirərək icra başçısı Mahir Quliyevi, müavinləri Xanlar Məmmədovu, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elsevər Həsənovu, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşovanı saxlayıb.
Qeyd edək ki, DTX-nın əməliyyatları bununla məhdudlaşmır. Bu dövrdə DTX-nın rüşvət və korrupsiyaya qarşı qəti mövqeyi ilə bağlı çoxsaylı faktlar var.
Prezident İlham Əliyevin də dediyi kimi, bu əməliyyatların davam edəcəyi gözlənilir.
“Növbədə kimdir” sualı aktualdır və bu sual rüşvət və korrupsiyaya bulaşan, aztəminatlı ailələrə ayrılan dövlət vəsaitini mənimsəyən yerli məmurları ciddi narahat etməlidir.

Ən çox oxunanlar
Son xəbərlər