Xəbər lenti
22/12/2025 [14:56]
Yusif Güney saxlanıldı
22/12/2025 [12:30]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Sürücülərin nəzərinə: Buna görə cərimə yazılmayacaq!

Baxılıb: 1 115     Tarix: 30-04-2020 20:14   

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəhbərliyi ştorka və jalüzlü (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
"Ştorka və jalüzlə bağlı qanuna əsasən, cərimələr var. Lakin rəhbərlik buna görə əməkdaşlara sürücülərin məsuliyyətə cəlb olunmamalarını tapşırıb. Çünki bu məsələ hazırda parlamentdə baxılma ərəfəsindədir", - o deyib.
Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "AZS 122-2004" "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına edilən müvafiq dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70 faizdən az olmaması müəyyənləşdirilib. Həmçinin daha əvvəl Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.



{sape_links}{sape_article}