Yeni baş prokuror ilk çıxışını etdi
Baxılıb: 947 Tarix: 01-05-2020 11:41
Yüksək etimad göstərərək məni Baş prokror vəzifəsində təqdim etdiyi üçün ölkənin siyasi rəhbərliyinə, Cənab Prezident İlham Əliyevə və bu təqdimatı dəstəklədiyi üçün Milli Məclisin deputatlarına dərin təşəkkürümü bildirirəm.
Qanunvehedef.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyev Milli Məclisdə çıxışı zamanı deyib.
K.Əliyev çıxışında ölkənin iqtisadi-siyasi inkişafı, məhkəmə-hüquq sistemində aparılan islahatlara toxunaraq bildirib ki, islahatlar prokrorluq orqanlarında da davam etdirirlir:
“Aparılan islahatlar Prokrorluq qarşısında ümdə vəzifələr qoyub. Bunlar bütün cinayət əməllərinə qarşı fəaliyyət, güc strukturları ilə əməkdaşlıq, insan hüquq və azadlıqlarının qorunması, kölgə iqtisadiyyatına qarşı aparılan işlərdə yaxından iştirak etmək, korrupsiyaya qarşı fəaliyyət, beynəlxalq əməkdaşlıqların gücləndirilməsi və digər məsələlərdir”.
Ən çox oxunanlar
Son xəbərlər