3-cü doza peyvənd kimlər üçün vacibdir? - TƏBİB
Baxılıb: 326 Tarix: 07-10-2021 12:14

Bu sözləri Qanunvehedef.az-a TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva 3-cü doza peyvəndin əhəmiyyəti barədə danışarkən deyib.
“Azərbaycanda da artıq “buster” peyvənd olunanlar var. 60 yaşdan yuxarı və yüksək risk qrupuna daxil olan insanlara da 3-cü doza peyvənd olunmalarını tövsiyə edirik. TƏBİB-in öz əməkdaşları arasında da 3-cü doza peyvəndi olunanlar var. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən (NHS) bildirilir ki, 3-cü doza peyvəndi 50 yaşdan yuxarı yaş həddi olanlar, 16 yaşdan yuxarı yüksək risk qrupları, eyni zamanda yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər qəbul edə bilərlər. İsraildə isə 3-cü doza 60 yaşdan yuxarı vətəndaşlarla yanaşı, avqust ayından 12 yaşdan yuxarı yeniyetmələrə də tətbiq edilir. Tədqiqatlara əsasən, 3-cü doza almış 60-dan yuxarı yaşlı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb”, - Y.Qarayeva deyib.
Yaqut Qarayevanın sözlərinə görə, “buster” dozanın müsbət nəticəsi daha çox 65 yaşdan yuxarı yaş qrupunda qeydə alınıb:
“Türkiyədə, ABŞ-da keçirilmiş tədqiqatlara əsasən, “buster” dozanın effektivliyi sübut olunub. Kanada da “buster” dozanı immunsupressiv hallarda və həssas qruplara tövsiyə edir”.
Ən çox oxunanlar
Son xəbərlər