Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Yeni "Yezo" virusu ölümcüldür? - AÇIQLAMA

Baxılıb: 342     Tarix: 08-10-2021 11:52   
Artıq 2 ilə yaxındır ki, dünya koronavirusun "hücum"una məruz qalıb. Bu virus bitmədən digər viruslar aşkarlanır. Belə hal isə insanlar arasında ciddi narahatlıq yaradır. Təzəlikcə viruslar siyahısına "Yezo" virusu da əlavə olunub. Bəs bu virus nə dərəcə təhlükəlidir?
Məsələ ilə bağlı Qanunvehedef.az-a infeksionist Nicat Əzimli açıqlama verib.
O, əslində bu virusun əraziyə yayılma təhlükəsinin olmadığını qeyd edib:
""Yezo" Yaponiyada aşkarlanmış endemik xəstəlik törədicisi olan bir virusdur. O, əraziyə məxsus meşələrdə yaşayan gənələr vasitəsilə yayılır. Buna bənzər müxtəlif ərazilərdə bir çox virus növü mövcuddur və əksəriyyəti epidemik deyil, endemik xarakterlidir. Yəni böyük əraziyə yayılma təhlükəsi yoxdur.
Pandemiyadan sonra insanlarda belə bir paranoya yaradıb ki, harda yeni bir mikroorqanizm və ya virus aşkarlansa, böyük səs doğurur və ciddi narahatlıqla qarşılanır. Əslində isə bunlar təəccüblü deyil. Elm və texnologiyanın inkişafı ilə hər il elmə yeni bir törədici məlum olur. Bu koronavirus pandemiyasından öncə də belə idi, indi də belədir. Normal qarşılanmalıdır".



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar