Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Körpəsini qonşuya atıb gedən ana da tapıldı

Baxılıb: 330     Tarix: 08-10-2021 12:38   
Sumqayıt şəhərində müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlı hələ də sığınacaqdadır.
Bu barədə Lent.az-a açıqlamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O bildirib ki, 2 yaşlı uşağın valideynlərinə qaytarılması barədə hələ yekun qərar verilməyib:
"Uşağın anası da bura zəng etmişdi. Biz isə onu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yönləndirdik".
Xatırladaq ki, M.Zeynalova rəhbəri olduğu sığınacağa 2 yaşlı uşağın yerləşdirilməsi barədə məlumat paylaşaraq bildirmişdi ki, ailə 2 yaşlı uşağını qonşuya müvəqqəti baxması üçün versə də, bir neçə gün onu götürməyiblər. Qonşu uşağın anasıyla əlaqə qurmağa çalışanda zəng çatmayıb, atası isə uşağın ona lazım olmadığını bildirib. Daha sonra isə qonşu uşağı sığınacağa gətirib.
Həmçinin hazırda məsələ Dövlət Komitəsinin nəzarəti altındadır. 2 yaşlı körpənin atası daha sonra Komitəyə müraciət edərək, uşağı götürmək istəsə də, bununla bağlı qərar verilməyib.
Əlavə məlumat veriləcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar