Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Azərsu” abononentlərinin sayı 3,5 faiz artıb

Baxılıb: 320     Tarix: 08-10-2021 15:11   
Cari ilin yanvar-sentyabr aylarında “Azərsu” abunonentlərinin sayı 55709 və ya 3,5 faiz artıb. “Qafqazinfo” xəbər verir ki, oktyabrın 1-nə qədər ölkə üzrə 1663320 abonent su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb.
Abonentlərin 1598908-i və ya 96,1 faizini əhali, 64412-i və ya 3,9 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 53431 və ya 3,5 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 53431 və ya 3,7 faiz artıb.
9 ay ərzində abonent sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
Oktyabrın 1-nə qədər “Azərsu” ASC abonentlərinin 86,9 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 86,7 faiz, qeyri əhali qrupu üzrə isə 94,4 faiz təşkil edir.шаблоны для dle 11.2