Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Milli Məclis sədrinin Slovakiyaya səfəri nələrlə yadda qaldı?

Baxılıb: 558     Tarix: 11-10-2021 11:03   
Bu səfər həm qanunverici orqanlar arasında münasibətləri yenidən nəzərdən keçirməyə və prioritetləri dəyərləndirməyə, həm də Azərbaycanın mövqeyini Slovakiya ictimaiyyətinə çatdırmağa imkan verdi.
Ötən il Azərbaycanın möhtərəm Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə dövlətçilik tariximizdə yeni bir mərhələnin başlanğıcı olub. Bu mərhələdə dövlətimizin qarşısında yeni vəzifələr dayanır. Təbii ki, bu hədəflərin reallaşdırılmasında Milli Məclisin də üzərinə mühüm vəzifələr düşür. Hazırda ölkəmizin parlament diplomatiyasının bütün imkanları məhz bu məqsədlərə yönəlib.
Qeyd edim ki, ötən dövrdə Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyətləri bir sıra xarici ölkələrdə səfərlərdə olub, beynəlxalq təşkilatların işində yaxından iştirak edib, milli maraqlarımızla bağlı məsələlərin müzakirəsində fəallıq göstərib, ölkəmizin  bir çox məsələlərlə bağlı ədalətli mövqeyini diqqətə çatdırıb. Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, parlamentin beynəlxalq əlaqələrinin genişləndirilməsi prioritet sahələrdən biri olub. Bu səfərlər parlament diplomatiyasının uğurla həyata keçirilməsinə imkan verir.шаблоны для dle 11.2