Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Hadruta bayrağımızı sancarkən şəhid olan Səidin son sözü… - Videomüsahibə

Baxılıb: 316     Tarix: 11-10-2021 12:52   
60 yaşlı bir ata düşünün. Bu yaşına kimi arzusunda olduğu xoş xəbəri 30 illik həsrətdən sonra məhz zabit oğlundan eşitsin. Təəccüblənərək ondan “Necə yəni, oğlum? Həqiqətən siz Hadrutda, Şişqayadasınız?!”, - deyə soruşsun.
1990-cı illərdə Füzulidə ərazi müdafiə qərargahının rəisi kimi döyüşən həmin atanın həmin yerlərlə bağlı həsrətinə baş leytenant olan oğlu Səid Rəşidzadə və müzəffər Azərbaycan əsgəri son qoyub. Strateji və xüsusi əhəmiyyət daşıyan Hadrutun azad edilməsindən iki gün sonra, yəni oktyabrın 11-də isə ata oğlunun Hadrutdan şəhid xəbərini alıb.
Qanunvehedef.az düşmənin snayper gülləsinə tuş gələrək şəhadətə yüksələn zabit Səid Rəşidzadənin ildönümü ərəfəsində onun ailəsini ziyarət edərək atası, Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı N. Qasımovla söhbətləşib.
“2 yaşında uşaq 28 il işsiz qalan atasını hər gün görüb. Əksinə, o, müharibəyə getməməli idi. Deyə bilərdi ki, atama iş verməyiblər, illərcə işsiz qalıb. Ancaq o getdi. İndi o böyükdür, yoxsa mən?! O məndən də böyükdür. Mən də ona deyə bilməzdim ki, sən bunları et. Deyərdi ki, nə dövlət, nə hökumət?”, - deyə danışan atanın bu fikirləri müsahibənin ən təsirli hissələrindən biri kimi yadda qaldı.
шаблоны для dle 11.2