Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Fəhlə ekskavatorun arasında qalıb öldü

Baxılıb: 626     Tarix: 13-10-2021 11:09   
İmişlidə ekskavatorun arasında qalan fəhlə hadisə yerində ölüb. 
Qanunvehedef.az xəbər verir ki, oktyabrın 12-si saat 14 radələrində İmişli rayonu ərazisində Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında fəhlə işləyən 1980-ci il təvəllüdlü Ramil Şirinovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, hidroqovşaq ərazisində ekskavatorla hamarlama işləri aparılarkən ekskavatorun yük hissəsi ilə beton hissəciyin arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar