Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dəhşətli qəzanı törədən 19 yaşlı sürücü saxlanıldı

Baxılıb: 297     Tarix: 13-10-2021 11:14   
Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusuna çırpılaraq 5 nəfərin ölümünə səbəb olan yük maşınının sürücüsü saxlanılıb.
Bakı DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli Qanunvehedef.az-a açıqlamasında bildirib ki, qəzanı törədən 99 DH 343 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü, Qobustan sakini, 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu tutulub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan,  171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə, avtobus da aşıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar