Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Müharibə əlilinin yeganə gəlir mənbəyi olan pensiyası niyə kəsilib? – TSEK 2022-ci ilin iyul ayını gözləmək istəmir

Baxılıb: 423     Tarix: 13-10-2021 13:53   
 
Əlilliyin müəyyən edilməsi ilə bağlı yeni meyarlar müəyyən ediləcək. Həmin meyarlar Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi ümumi standartlar və bir çox ölkədəki müsbət nəticə nəzərə alınaraq vətəndaşlara təqdim olunacaq. Bu, bizə daha obyektiv qərar vermək üçün imkan yaradacaq, çünki bu meyarlar individual yanaşmaya əsaslanır. Yeni meyarların 2022-ci ilin iyul ayından etibarən vətəndaşlara təqdim edilməsi nəzərdə tutulub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin feysbukda canlı yayımlanan “Sosial saat” proqramındakı çıxışı zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib: “Yeni meyarlar qəbul edilərkən həm xəstəliklərin, həm funksionallığın beynəlxalq təsnifatı, həm də aparıcı mütəxəssislərin rəyləri nəzərə alınıb. Yeni meyarlara əsasən, əlillik təyinatı orqanizmin funksiyalarının pozulma faizinə görə aparılır. Hazırda I, II və III dərəcə əlilliklər müəyyən edilir və vətəndaşın xəstəliyi yalnız bu üç dərəcəyə uyğun olduqda ona əlillik dərəcəsi verilir. Lakin əlilliyin müəyyən edilməsinin yeni meyarlarında orqanizmin funksiyalarının itirilmə faizi əsas götürüləcək. Xəstəliyin ağırlaşma mərhələləri faizlə hesablanacaq”.
Amma müşahidələr və vətəndaşlar arasında artan narazılıqlar göstərir ki, bu sahə ilə məşğul olan məmurlar 2022-ci ilin iyul ayını gözləmək niyyətində deyillər və elə indidən məşhur bir zərb-məsəldə deyildiyi kimi, “dovşanın qulağını əvvəlcə kəsib, sonra saymağa” qərar veriblər.
“Qanun  və Hədəf” qəzeti redaksiyasına Sumqayıt şəhəri, 36-cı məhəllə, ev – 8/29,  mənzil – 30 ünvanda məskunlaşmış, 1988-ci ildən Ermənistanın Qafan rayonunun Qaracan şəhərindən deportasiya edilmiş Rəhimov İnqilab Məhəmməd oğlunun ərizəsi daxil olmuşdur. Əslini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, surətini isə redaksiyamıza ünvanladığı ərizənin giriş hissəsində İnqilab Rəhimov özü haqda məlumat verərək bildirir ki, 1988-1991-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1992-ci ildə Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı zaman hərbi təcrübəyə sahib olması nəzərə alınmaqla o, birbaşa məktəbdən Sumqayıt şəhər hərbi komissarlığına çağırılaraq 1-ci Qarabağ savaşına göndərilmiş, Kəlbəcər, Laçın uğrunda gedən döyüşlərdə iştirak etmiş, Laçın rayonunun Zeerti kəndində ağır yaralanmışdır. Həmin vaxt Laçın tibb məntəqəsində ilk tibbi yardım aldıqdan bir gün sonra onu və ondan başqa 15 nəfər yaralanmış digər hərbçi yoldaşlarını helikopterlə Bakıya – Papanin xəstəxanasına gətiriblər. Həmin vaxt hospitalda yer olmadığı üçün onu və başqa bir neçə yaralını Biləcəri dəmiryol xəstəxanasına aparıblar. Üç gün ərzində dalbadal iki dəfə cərrahi əməliyyata bməruz qalmışdır. Sağ qıçının qatlanacaq hissəsindən, sağ budundan, sağ sağrısından, sağ kürək nahiyyəsindən ağır yaralandığından, demək olar ki, fiziki sağlamlığını itirərək müharibə əlili olmuşdur. Aldığı qəlpə yarasının təsirindən sağ ayağının pəncə hissəsi iflic olubmuş. Təkrar olaraq Sumqayıt 2 saylı poliklinikadan 0530003 AAGEQ nömrəli “forma-88” sənədi tibbi ekspert komissiyasına göndərilmişdir.
Vətəndaş Rəhimov bildirir ki, 12 iyul 2021-ci il tarixdə əlillərin bərpa mərkəzində komissiyada yoxlanılmışdır və orada ona deyiblər ki, “bir həftə ərzində sənə SMS gələcək, narahat olma”. Lakin 05 avqust 2021-ci il tarixdə ona əlilliyinin və sağlamlıq imkanının məhdudluğunun təsdiqlənməsindən imtina cavabı gəlmişdir. Dövlət tərəfindən təyin olunmuş pensiya təminatı 25.05.2021-ci il tarixdən dayandırılmışdır.
Veteran yazır ki, 5 nəfərdən ibarət ailənin başçısının, 2 oğul, 1 qız atasının dolanışığı üçün yeganə gəlir mənbəyi olan pensiyası müəmmalı səbəbdən kəsilmişdir.
İnqilab Rəhimovun məhz Azərbaycan Respublikasının müdafiuəsi zamanı hərbi travma aldığı sənədlərlə təsdiqlənmişdir. Odur ki, halal haqqı olan pensiya təminatının bərpa olunması üçün dövlət rəhbərliyindən kömək gözləyir. Ümid edir ki, 1-ci Qarabağ müharibəsində öz fiziki sağlamlığını itirmiş qazi kimi xahişi nəzərə alınacaqdır.
Redaksiya olaraq biz də ümçid edirik ki, məsələ KİV-də ictimailəşəndən sonra ən azından TSEK-in imtina cavabını “əsaslandıran” nüaqnslar barədə müfəssəl məlumatların vətəndaş İnqilab Rəhimova göndərilməsi təmin olunacaq.

Əli Paşayev    шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər