Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Fransada ali təhsil almaq istəyənlərin nəzərinə!

Baxılıb: 267     Tarix: 14-10-2021 10:50   
Peşəkar gələcəyinizi hazırlamaq istəyirsiniz? Fransada ali təhsil almağı planlaşdırırsınız və ya artıq bunu reallaşdırmısınız? Fransa-Azərbaycan şirkətlərinin təklif etdiyi məşğulluq perspektivləri ilə tanış olmaq istəyirsiniz? Elə isə, bu gün sizin üçün nəzərdə tutulub.
Proqramla tanış olun və tədbirə gəlin!
Tədbir Nizami küçəsində yerləşən UFAZ-da təşkil ediləcək və giriş peyvənd pasportunun və COVID-19 əleyhinə immun sertifikatının təqdim edilməsilə sərbəst olacaqdır.
Saat 09:30-10:00-da baş tutacaq rəsmi açılış mərasimi üçün zalın qəbul etmə potensialı nəzərə alınaraq onlayn qeydiyyat artıq başa çatıb.
Sərgi Azərbaycan təhsil sisteminin bütün pillələrində (dil, iqtisadiyyat, hüquq, siyasi elmlər, mühəndislik, tibb, incəsənət və s.) təhsil alan gənclərə, şagirdlərə, tələbələrə, gənc peşəkarlara Fransa ali təhsil sisteminin azərbaycanlı məzunlarına təklif olunan karyera və əmək perspektivləri ilə tanış olmağı təklif edir.
Sərgi Fransa və Azərbaycan şirkətlərinin nümayəndələri ilə (rəhbərlər, işə götürənlər, müşavirlər) dialoq qurmağa və Fransada ali təhsillərini davam etdirmiş bir çox azərbaycanlı məzunların uğur yolu ilə tanış olmağa imkan verir.
Sərgi haqqında ətraflı məlumat ilə aşağıdakı linkdən tanış ola  bilərsiniz:
https://drive.google.com/file/d/1GffUY9PlLu7HQoGNrzBFEHbJMMHZXi94/vie



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar