Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

BANM tələbələri NASA-nın müsabiqəsinə qatılacaq

Baxılıb: 154     Tarix: 18-10-2021 10:48   
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri bu il ilk dəfə olaraq Azərbaycanı NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi) 2022-ci ildə keçirəcəyi “Human Exploration Rover Challenge” müsabiqəsində təmsil edəcək. 
Qanunvehedef.az xəbər verir ki, bu, BANM-in tarixində bir ilkdir. Dünyanın müxtəlif orta və ali məktəblərindən olan 91 komandanın qatıldığı beynəlxalq müsabiqədə Azərbaycanı yeganə olaraq Bakı Ali Neft Məktəbi təmsil edir.
Ali Məktəbin komandasına məsləhətçi Aygül Musayeva və kapitan Nihad Həbizadə olmaqla, Hüseyn Abızadə, Şəmistan Lətifov, Cavid İsayev, Anar Alızadə, Aytən Sədirova, Şəms Gözəlova və Turan Səfərova daxildir.
Qeyd edək ki, “NASA Human Exploration Rover Challenge” hər il orta məktəb şagirdləri və universitet tələbələri üçün simulyasiya edilmiş Ay və Mars ərazisi üzərində insan gücü ilə işləyən, qatlana bilən nəqliyyat vasitələrinin dizaynı, qurulması və yarışının cəmləndiyi bir müsabiqədir. Beynəlxalq müsabiqə tələbələrin mühəndislik və STEM layihələrinin təşkili bacarıqlarının sınanmasını əhatə edir. Hər il dünyanın müxtəlif ölkələrindən olan orta və ali məktəb komandaları bu müsabiqədə rəqabət aparır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar