Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xocavəndə icazəsiz keçmək istəyənlər saxlanıldı

Baxılıb: 235     Tarix: 18-10-2021 10:56   

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, oktyabrın 17-də rayonun Binə kəndi ərazisində təyin edilən nəzarət postunda Göygöl rayon sakini Ariz Abdullayevin idarə etdiyi “Kamaz” markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb.


Yoxlama zamanı A.Abdullayevin sərnişinləri – Göygöl rayon sakini Qürbət Qocayev və Orxan Paşayev ilə birgə müvafiq icazələri olmadan rayon ərazisinə daxil olduqları müəyyən edilib. Həmçinin avtomobilin yük yerinə baxış zamanı əlvan metallar da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.










{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar