Xəbər lenti
30/01/2026 [12:32]
Sabah hava necə olacaq?
29/01/2026 [15:17]
Sabah hava necə olacaq?
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Bu ölkədən quş əti və yumurtanın idxalına məhdudiyyət qoyuldu

Baxılıb: 261     Tarix: 18-10-2021 11:15   
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında yüksək patogen quş qripi xəstəliyi və Leninqrad vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.
Bu barədə Qanunvehedef.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib (AQTA).
Qeyd olunub ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiyanın Başqırdıstan Respublikasından bütün növ diri quş, quş əti və damazlıq yumurtanın, həmçinin Leninqrad vilayətindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Başqırdıstan Respublikasından və Leninqrad vilayətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.



{sape_links}{sape_article}