Xəbər lenti
30/01/2026 [12:32]
Sabah hava necə olacaq?
29/01/2026 [15:17]
Sabah hava necə olacaq?
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Metroda gedişhaqqının artırılacağı xəbərinə RƏSMİ CAVAB

Baxılıb: 258     Tarix: 19-10-2021 12:33   

"Bakı Metropoliteni" QSC metroda gedişhaqqının artırılması ilə bağlı hələlik Tarif Şurasına müraciət etməyib.
Bunu Trend-ə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hələlik bununla bağlı heç bir müraciət yoxdur: "Bilirsiniz ki, metroda gedişhaqqının tənzimlənməsi Tarif Şurasının səlahiyyətindədir. Bakı metropoliteni gediş haqlarını tənzimləmək səlahiyyətinə malik deyil. Bakı metropoliteni isə hələlik bununla bağlı Tarif Şurasına müraciət etməyib".
Qeyd edək ki, sonuncu dəfə Bakı Metropolitenində gedişhaqqı 2018-ci ilin avqustun 1-dən artırılıb. Metroda 1 gediş üçün 30 qəpik müəyyən olunub. Həmin qərara qədər isə metroda gedişhaqqı 20 qəpik idi.

Qanunvehedef.az



{sape_links}{sape_article}