Xəbər lenti
11/07/2025 [12:35]
Sabah hava necə olacaq?
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Yasamalda Vətən müharibəsi şəhidlərinin il mərasimi keçirilib - Fotolar

Baxılıb: 226     Tarix: 19-10-2021 14:25   
Bu gün Yasamal rayonunun ictimaiyyəti bir il öncə Vətən müharibəsində şəhadətə qovuşmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları İsa Məhərrəmov və Elşən Müslümovu yad edib.
Qanunvehedef.az xəbər verir ki, il mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və agentliyin əməkdaşları, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yasamal Bələdiyyəsinin nümayəndələri, din xadimləri, qazilər və şəhid ailələri iştirak ediblər.
Şəhidlərin Yasamal rayonunda yerləşən II Fəxri xiyabandakı məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. Mərasimdə şəhid hərbi qulluqçuların keçdiyi cəsur döyüş yolu barədə danışılıb. Şəhid İsa Məhərrəmov cəbhədəki sücaətinə görə, “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda”, Elşən Müslümov isə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif ediliblər.
İl mərasimində iştirak edən Yasamal RİH başçısı Elşad Həsənov qeyd edib ki, il mərasimində bütün hakimiyyət qolları təmsilçilərinin iştirak etməsi bizi qələbəyə aparan birliyimizin bariz nümunəsidir. Qeyd olunub ki, Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə xüsusi qayğı ilə yanaşır. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq şəhid ailələri ilə daima iş aparılır və onların ehtiyaclarına xüsusi diqqət göstərilir.
Mərasimdə çıxış edən şəhid ailələrinin üzvləri öz xatirələrini bölüşüblər və Ali Baş Komandan İlham Əliyevə diqqət və qayğıya görə təşəkkürünü bildiriblər.

шаблоны для dle 11.2