Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şəhid Elyəddin Cəfərovun xatirəsi ehtiramla anılıb - Fotolar

Baxılıb: 304     Tarix: 20-10-2021 11:36   

Naftalan şəhərində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Elyəddin Cəfərovun ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Qanunvehedef.az xəbər verir ki, ŞİH başçısı Vüqar Novruzov, millət vəkili Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri tədbirdə iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Cəfərov Elyəddin Zöhrab oğlu (ölümündən sonra) “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif olunub.
Qeyd edək ki, Elyəddin Cəfərov 24 may 1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olub.







Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar