Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“AS Group Investment” şirkəti “Rebuild Karabakh 2021” sərgisində - Fotolar

Baxılıb: 184     Tarix: 22-10-2021 11:25   
20-22 oktyabr tarixlərində Bakıdakı Expo Mərkəzində keçirilən, Qarabağın bərpasına və yenidən qurulmasına həsr olunan “Rebuild Karabakh 2021”in əsas iştirakçılarından biri də “AS Group Investment” şirkətidir.
Qanunvehedef.az xəbər verir ki, sərgidə şirkət Qarabağda həyata keçirilən mühüm layihələrdən sayılan Zəngilan rayonunun Ağalı kəndində inşası aparılan və 17 oktyabrda Füzuli rayonunun Dövlətyarlı kəndində Prezident İlham Əliyev tərəfindən təməldaşı qoyulan “Ağıllı kənd” layihələrini qonaqlara təqdim edib. Hər iki layihə sərgiyə gələn qonaqların böyük marağına səbəb olub. Qeyd edək ki, “ AS Group” şirkəti Zəngilandakı “Ağıllı kənd”in konsepsiyasından başlayaraq düzgün şəhərsalma, tikinti, kənd üçün ağıllı həllər, alternativ enerji mənbələrindən istifadə, yeni istehsal sahələrinin yaradılmasına kimi işlərin, Füzuli rayonunun “Ağıllı kənd”inin isə layihələndirmə və tikinti işlərini yerinə yetirir. “Ağıllı kənd”lər həmçinin işğaldan azad edilmiş ərazilərimizdə yeni iş yerlərinin yaradılaması, əhalinin öz tarixi torpaqlarına qaytarılması istiqamətində də mühüm layihə hesab olunur.
“AS Group Investment” sərgi qonaqlarını həm də bu günə kimi yerinə yetirdiyi dövlət layihələrindən qaçqın və məcburi köçkünlər üçün inşa edilən binalar, sərhəd gömrük keçid məntəqələri, su və çirkab suları xətlərinin salınması, özəl sektorda isə Bakının premium yaşayış kompleksi sayılan “Renessans Palace”, Buzovnada “Villa Siena” kompleksləri barədə foto, video məlumatlar təqdim edib. Peşəkar heyət və müasir texnologiyalara əsaslanaraq şirkət qısa müddət ərzində layihələrin tam icrasını yerinə yetirir.
“AS Group Investment” və onun həyata keçirdiyi layihələr, fəaliyyət istiqamətləri haqqında daha geniş məlumat almaq istəyən hər kəs “Rebuild Karabakh 2021”sərgisinə qonaq ola bilər.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar