Xəbər lenti
11/07/2025 [12:35]
Sabah hava necə olacaq?
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Xudayar Yusifzadənin anım mərasimi keçirilib - Foto

Baxılıb: 223     Tarix: 23-10-2021 11:32   

Bərdə Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi, gizir Xudayar Yusifzadənin anım mərasimi keçirilib.

Qanunvehedef.az xəbər verir ki, ötən gün keçirilən anım mərasimində rayon rəhbərliyi, şəhidin yaxınları və rayon camaatı iştirak edib.

Qeyd edək ki, 1998-ci il iyulun 15-də Bərdə şəhərində doğulan X. Yusifzadə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olub. Vətən müharibəsi zamanı Cəbrayıl və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. X. Yusifzadə oktyabrın 22-də Ağbənd istiqamətində şəhid olub. 

Ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

X. Yusifzadə ölümündən iki gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" şeirini ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Video qısa müddət ərzində trendə çevrilib. Onun şəhid olmasından sonra mahnıya “Xudayar təsnifi” adı verilib.

xudayar
шаблоны для dle 11.2